Bakı. Trend:
Bu ilin birinci yarımili ərzində 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 328,7 milyon manat vəsait istifadə edilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla yanaşı, dövlət istiqrazları üzrə ümumilikdə 2.9 milyard manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.
Bildirilib ki, qeyd olunan vəsaitin 1.5 milyard manat məbləğində hissəsi təkrar maliyyələşdirmə, o cümlədən 1.4 milyard manat məbləğində hissəsi dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazlar ilə əvəz edilməsi, 85 milyon manat məbləğində hissəsi isə uzunmüddətli dövlət istiqrazlarının emissiyası hesabına təmin edilib, 1.4 milyard manat məbləğində əsas borc ödənişləri isə dövlət büdcəsinin vəsaiti hesabına investorlara geri ödənilib.