...

ATƏT-in fəaliyyətsizliyi fonunda Azərbaycan Cənubi Qafqaz regionunda sülh üçün tarixi fürsət yaradıb – Səfir

Siyasət Materials 2 Avqust 2025 00:07 (UTC +04:00)
ATƏT-in fəaliyyətsizliyi fonunda Azərbaycan Cənubi Qafqaz regionunda sülh üçün tarixi fürsət yaradıb – Səfir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ATƏT-in münaqişənin həlli mandatını yerinə yetirməklə bağlı fəaliyyətsizliyi fonunda öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkə hesabında yazıb.

“ATƏT-ə sədrlik edən Finlandiya tərəfindən Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki +50” konfransı bir daha təsdiq edib ki, ATƏT-in prinsipləri qüvvədə qalır və ATƏT məkanında təhlükəsizlik və sabitliyin əsası olmalıdır. Azərbaycan, ATƏT-in münaqişənin həlli mandatını yerinə yetirməkdə fəaliyyətsizliyi fonunda, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur oldu. ATƏT lazımi şəkildə reaksiya verə bilmədiyi halda, Azərbaycan ədaləti bərpa etdi və Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb”, – paylaşımda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti