...

Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib

Dünya xəbərləri Materials 1 Avqust 2025 03:22 (UTC +04:00)
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə deyib.

"Bəli, biz sanksiyalar tətbiq edəcəyik. Mən əmin deyiləm ki, bu, onları narahat edir, onlar sanksiyaların, rüsumların və qalanların nə olduğunu çox yaxşı bilirlər", - deyə o bildirib.

D.Tramp Ukrayna nizamlanması üçün təyin etdiyi müddət bitdikdən sonra nə etməyi planlaşdırdığı sualına belə cavab verib.

Eyni zamanda ABŞ prezidenti bir daha qeyd edib ki, o, belə hərəkətlərin Rusiyanın mövqeyinə təsir edib-etməyəcəyini bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti