...

“Ford” 300 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 1 Avqust 2025 12:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Ford” avtokonserni əyləc sistemində olan nöqsanla əlaqədar 312,120 avtomobili geri çağırmağı planlaşırır.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Milli Avtomobill Yollarında Nəqliyyat Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.

Problemə səbəb avtomobillərin əyləc sistemində ani əyləc yardımçısının tormozlama məsafəsini uzatmasıdır.

Geriçağırılmanın 2025-ci ilin “Lincoln Navigator”, “F-150”, “Expedition” , “Bronco” və “Ranger” modellərinə aid olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti