...

Dünyada ən böyük şimşəyin uzunluğu 829 km təsdiq edib

Cəmiyyət Materials 1 Avqust 2025 06:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da alimlərin güclü ildırım zamanı qeydə aldıqları rekord uzunluqdakı şimşək dünyanın ən uzun şimşəyi kimi tanınıb.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazır.

Məqalədə bildirilir ki, bu nəhəng şimşək 2017-ci ilin oktyabr ayında baş verib və təqribən 829 kilometr uzunluğunda olub. O, Şərqi Texasdan başlayaraq Kanzas-Siti yaxınlıqlarına qədər uzanıb. Bu məsafə Parislə Venesiya arasındakı məsafəyə bərabərdir.

Yeni rekord əvvəlki nəticədən 61 km daha uzun olub. Əvvəlki rekord 2020-ci ilin aprelində ABŞ-da baş vermiş qasırğa zamanı qeydə alınmışdı. Həmin vaxt şimşəyin uzunluğu 768 kilometrə çatmışdı.

Məqalədə qeyd olunur ki, əksər şimşəklərin uzunluğu təxminən 10 mil (təxminən 16 km) olur. 60 mildən (təxminən 96 km) uzun olanlar isə "megaşimşək" hesab edilir.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) ümid edir ki, bu yeni məlumatlar alimlərə şimşəyin onu doğuran fırtınadan nə qədər uzağa yayıla biləcəyini anlamaqda kömək edəcək.

Xəbər lenti

Xəbər lenti