Bakı. Trend:
ABŞ Senatının Təxsisatlar Komitəsi Ukraynaya təhlükəsizlik üçün 800 milyon dollar yardım nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "The Hill" nəşri xəbər verib.
Məlumata əsasən, Ukraynaya yardım ABŞ-nin 2026-cı maliyyə ili üçün ümumi məbləği 852,45 milyard dollar olan müdafiə ayırmaları qanun layihəsinə daxildir.
Qanun layihəsi komitə tərəfindən 26 lehinə, 3 əleyhinə olmaqla təsdiq edilib.
Qanun layihəsinə Ukrayna üçün 800 milyon dollar, Baltikyanı ölkələrə isə 225 milyon dollar təhlükəsizlik yardımı daxildir.