...

”Beşiktaş” mübarizəni dayandırıb - Avropa Liqası

İdman Materials 1 Avqust 2025 04:23 (UTC +04:00)
”Beşiktaş” mübarizəni dayandırıb - Avropa Liqası

Bakı. Trend:

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Trend-in məlumatına görə, Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Arda Turanın başçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gəlib.

Polşanın Krakov şəhərində keçirilən görüş Donetsk klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ilk matçda “Şaxtyor” 4:2 hesabı ilə qalib gəlmişdi. Bununla da ukraynalılar növbəti mərhələyə vəsiqə qazanıblar. "Beşiktaş" isə yoluna Konfrans Liqasında davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti