...

ABŞ senatorları Ukraynaya 54,6 milyard dollarlıq yardım təklif ediblər

Dünya xəbərləri Materials 1 Avqust 2025 07:04 (UTC +04:00)
ABŞ senatorları Ukraynaya 54,6 milyard dollarlıq yardım təklif ediblər

Bakı. Trend:

ABŞ Senatında Ukraynaya qarşıdakı iki il ərzində 54,6 milyard dollarlıq yardımın ayrılmasını nəzərdə tutan ikipartiyalı qanun layihəsi təqdim edilib.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, sənədin müəllifləri Nyu-Hempşirdən olan demokrat senator, Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü Cin Şahin və Alyaskadan olan respublikaçı Liza Murkovskidir. Onlar birbaşa hərbi yardım, həmçinin Amerika ehtiyatlarını doldurmağı üçün pul ayırmağı təklif edirlər. Plana görə, yardımın üçdə birinə qədəri Rusiyanın dondurulmuş aktivlərindən və Avropa müttəfiqlərinə silah satışından əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək.

Vəsaitin böyük hissəsi Ukraynaya çatdırılan köhnə sistemləri əvəz edəcək yeni silahlara ayrılıb. Qanun layihəsi həmçinin prezidentin Konqresin təsdiqi olmadan Kiyevə çatdırılmalara birtərəfli qaydada təsdiq etmək imkanını genişləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti