...

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub

İqtisadiyyat Materials 31 İyul 2025 19:16 (UTC +04:00)
Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 31-də maliyyə naziri, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədri Sahil Babayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib.

Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub.

Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Görüş zamanı cari ilin sentyabr ayında Budapeştdə keçirilməsi planlaşdırılan iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclasına hazırlıq məsələləri də müzakirə olunub.

Nazir Sahil Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.

Səfiri Tamaş Yojef Torman Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti