...

“Sabah” – “Petrokub” oyunu üçün start heyətləri açıqlanıb - Konfrans Liqası

İdman Materials 31 İyul 2025 19:11 (UTC +04:00)
“Sabah” – “Petrokub” oyunu üçün start heyətləri açıqlanıb - Konfrans Liqası
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.

Trend UEFA-nın rəsmi saytında istinadən xəbər verir ki, komandalar saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Sabah": 92. Stas Pokatilov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 13. İvan Lepinitsa, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 70. Cesse Sekidika, 13. Boyan Letiç, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)

Baş məşqçi: Valdas Dambrauskas

"Petrokub": 1. Silviu Smalenea, 90. İon Jardan (k), 23. Mihay Lupan, 66. İon Borş, 11. Serciu Platika, 44. Cessi Cou, 19. Nikolae Rotaru, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 15. Petru Popesku

Baş məşqçi: Şota Maxaradze

Qeyd edək ki, Moldovadakı ilk matçda “Sabah” rəqibini 2 cavabsız qolla məğlub edib.

Xəbər lenti

Xəbər lenti