...

Azərbaycan və ABŞ arasında Orta Dəhlizlə daşımaların perspektivləri müzakirə olunub

İqtisadiyyat Materials 31 İyul 2025 18:54 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında Orta Dəhlizlə daşımaların perspektivləri müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və ABŞ arasında Orta Dəhlizlə daşımaların perspektivləri müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirdik. Görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdik.

Eyni zamanda, telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti