...

“Neftçi”nin Polşadakı sonuncu oyununun vaxtı müəyyənləşib

İdman Materials 31 İyul 2025 18:01 (UTC +04:00)
“Neftçi”nin Polşadakı sonuncu oyununun vaxtı müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Neftçi” avqustun 1-də Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

Klubdan Trend-ə verilən məlumata görə, “ağ-qaralar” Kiprin AEL komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 18:00-da start götürəcək matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Xəbər lenti

Xəbər lenti