Bakı. Trend:
Türkiyənin Mərmərə dənizi sahillərində zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
3,5 bal gücündə zəlzələ yerli vaxtla 13:36-da baş verib və episentri İstanbulun Silivri rayonu olub.
Zəlzələnin yeraltı ocağı 9,91 dərinlikdə qeydə alınıb.