Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 76,2 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.
Məlumata görə, meşə fındığının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 milyon ABŞ dolları və ya 49,4% artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.