Bakı. Trend:
Amerikanın “İnter Mayami” futbol klubunun hücumçusu Lionel Messi Liqalar kubokunun birinci turu çərçivəsində Meksikanın “Atlas” klubuna qarşı keçirilən matçda rəqib komandanın oyunçusu Serxio Ernandesi şillələyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, oyun zaman oyunçular arasında mübahisə düşüb. Argentinalı ulduz futbolçu meksikalı oyunçuya yaxınlaşaraq onunla yüksək tonda danışmağa başlayıb və daha sonra özündən çıxaraq ona yüngül şillə vurub. Maraqlıdır ki, oyunun hakimi buna heç bir reaksiya göstərməyib.
Qeyd edək ki, matç “İnter”in 2:1 heablı qələbəsi ilə yekunlaşıb. Messinin aktivinə iki məhsuldar ötürmə yazılıb.