...

Mərkəzi Bank iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 31 İyul 2025 15:12 (UTC +04:00)
Mərkəzi Bank iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Mpay” QSC və “PulPal” MMC elektron pul təşkilatlarına təshih tədbirləri tətbiq edilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər iki şirkətdə həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib", - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti