...

Nyu-Yorkda qripə bənzər infeksiyaya kütləvi yoluxma qeydə alınıb - Ölən var

Dünya xəbərləri Materials 31 İyul 2025 15:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-Yorkda bir həftə ərzində azı 22 nəfər “legionerlər” xəstəliyinə tutulub, onlardan biri həyatını itirib.

Trend xəbər verir ki, bu barədə ABC telekanalı şəhərin səhiyyə departamentinə istinadən xəbər verir.

Yoluxmanın ocağı Manhettenin şimalında yerləşən Harlem rayonudur.

“İyulun sonlarından bəri rayonda olmuş insanlarda qrip simptomları, o cümlədən, qızdırma, öskürək və ya tənəffüs çətinlikləri olduğu təqdirdə dərhal tibbi yardım üçün müraciət etmələri tövsiyə olunur”, - deyə departament xəbərdarlıq edib.

Əsas risk qrupuna yaşı 50-dən çox olan insanlar, ələlxüsus da siqaret çəkən və xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən və ya immuniteti zəif olanlar daxildir.

Bu, Nyu-Yorkda baş verən ilk belə epidemiya deyil. Şəhərdə “legionerlər”in ən böyük yayılmalarından biri 2015-ci ildə qeydə alınmışdı. Həmin vaxt 138 nəfər yoluxmuş, onlardan 16-sı dünyasını dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti