Bakı. Trend:
Cari ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib.
Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə şirkət tərəfindən neft emalı 3,5 min ton və ya 0,2%, qaz emalı isə 95,6 milyon kubmetr və yaxud 11,1% azalıb.
Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 89,2 min ton və ya 13,5% azalma deməkdir.