Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 2.418 milyard kubmetr təbi qaz istehlak edilib.
Trend bu barədə SOCAR-dan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 137 milyard kubmetr və ya 6% çoxdur.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycanda 2.281 milyard kubmetr təbi qaz istehlak edilmişdi.
Qeyd edək ki, hesabat dövründə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 2 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4% artaraq, 12,7 milyard kubmetr təşkil edib.