...

“Qarabağ”ın III təsnifat mərhələsindəki oyunlarının hakimləri açıqlanıb - Çempionlar Liqası

İdman Materials 31 İyul 2025 15:10 (UTC +04:00)
“Qarabağ”ın III təsnifat mərhələsindəki oyunlarının hakimləri açıqlanıb - Çempionlar Liqası
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna hakim təyinatları açıqlanıb.

AFFA-dan Trend-ə verilən məlumata görə, UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib:

5 avqust

22:00.“Şkendiya” – “Qarabağ”

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç

VAR: Mixal Oçenaş

AVAR: Boris Marhefka

Skopye, “Todor Proeski” stadionu

12 avqust

20:00.“Qarabağ” – “Şkendiya”

Baş hakim: Denni Makkeli

Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Dennis Hiqler

AVAR: Riçard Martens

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.

Xəbər lenti

Xəbər lenti