...

"Socar Polymer"in ixrac gəlirləri 12% artıb

İqtisadiyyat Materials 31 İyul 2025 10:55 (UTC +04:00)
"Socar Polymer"in ixrac gəlirləri 12% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında "Socar Polymer"in ixrac gəlirləri 129 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 milyon ABŞ dolları və ya 12,1% çoxdur.

Belə ki, 2024-cü il yanvar-iyun aylarında "Socar Polymer"in ixrac gəlirləri 115,1 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

“SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALĞIC" MMC, "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti