...

DYP altı ayda qəzalarda ölən moped və motosiklet sürücülərinin sayını açıqlayıb (VİDEO)

Hadisə Materials 31 İyul 2025 10:54 (UTC +04:00)
DYP altı ayda qəzalarda ölən moped və motosiklet sürücülərinin sayını açıqlayıb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, təkcə cari ilin ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb.

Bildirilib ki, eyni zamanda onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosiklet sürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə, hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digər insanların həyatını təhlükəyə atmamağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti