...

Bu ölkə 3 istilik elektrik stansiyasını Rusiyasız tikəcək

Dünya xəbərləri Materials 31 İyul 2025 12:38 (UTC +04:00)
Bu ölkə 3 istilik elektrik stansiyasını Rusiyasız tikəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan müstəqil şəkildə 3 istilik elektrik stansiyasının inşasına başlayıb. Hərçənd buna qədər onların tikintisində Rusiyanın iştirakı planlaşdırılırdı.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin birinci müavini Roman Sklyar keçirdiyi mətbuat konfransında danışıb.

O, stansiyaların Qazaxıstan tərəfində müstəqil inşa olunmasına rəğmən, Rusiya ilə tərəfdaşlığa hələ də açıq olduqlarını diqqətə çatıdıb.

“O zaman “İnter RAO” şirkəti bizdə stansiyaları tikməyi öhdəsinə götürərək, aşağı faizli ixrac maliyyələşdirməsi almalı idi. Təəssüf ki, bunu edə bilmədilər, buna görə də stansiyaları özümüz tikmək qərarına gəldik”, – deyə Sklyar Qazaxıstanda üç İES-nın inşası barədə suala cavab verərkən qeyd edib.

Onun sözlərinə görə, artıq Kokşetau İES-nın tikintisinin aktiv mərhələsinə başlanılıb və sifarişçi “Samruk-Energo” şirkətidir.

“Eyni vəziyyət Semey və Öskəmən (Ust-Kamenogorsk) stansiyaları ilə də olacaq. Əgər rusiyalı həmkarlarımızdan maliyyələşdirmə təklifi alsaq, “Samruk-Energo” onları tərəfdaş kimi seçə bilər, burada heç bir maneə yoxdur”, – deyə Qazaxıstanın birinci baş nazir müavini izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti