...

ABŞ İranda 50-dən çox şəxs və 50 gəmiyə sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 31 İyul 2025 04:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranda 50-dən çox fiziki və hüquqi şəxsə, eləcə də nəhəng gəmiçilik şəbəkəsinə məxsus 50 gəmiyə sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu sanksiyalar 2018-ci ildən bəri İranla bağlı tətbiq olunan ən böyük sanksiya paketi hesab olunur. Bildirilib ki, sanksiya tətbiq edilən şəbəkəyə İranın Ali Rəhbərinin siyasi müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şəmxani rəhbərlik edir.

Məlumata əsasən, bu gəmiçilik şəbəkəsi İran və Rusiyadan neft, neft məhsulları və digər yükləri dünyanın müxtəlif ölkələrinə daşımaqla on milyardlarla dollar gəlir əldə edib.

ABŞ Xəzinədarlıq katibi Skot Bessent bildirib:

“Bu gün tətbiq edilən 115-dən çox sanksiya, Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyası çərçivəsində bu günədək həyata keçirilmiş ən böyük tədbirdir”.

Xəbər lenti

Xəbər lenti