Bərdə. Trend:
Bərdədə təsərrüfatda yanğın olub.
Trend-in yerli bürosunun xəbərinə görə, hadisə rayon Zümürxan kəndi ərazisində baş verib.
Əslən Ağdam rayonundan olan Əyyub Abdullayevə məxsus təsərrüfatda baş verən yanğın zamanı tövlənin 180 kvadratmetr çardaq hissəsi və çardaqda yığılan 3.5 ton ot bağlaması yanıb.
Həmçinin, yanğın zamanı tövlədə olan heyvanların bir neçəsi də yanıq xəsarətləri alıb.
Hadisə yerinə FHN-nin əməkdaşları gələrək alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb. Yanğının səbəbləri araşdırılır.