...

Yaponiyada istiliklə əlaqədar 10 mindən çox insan xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 30 İyul 2025 17:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada misli görülməmiş istilik dalğası ilə əlaqədar 10 mindən çox insan xəstəxanalara yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə “Mainichi” qəzeti yazır.

Son bir neçə gündə Yaponiyanın əksər bölgələrində rekord istilər müşahidə olunur. Məlumata görə, rekord hərarət Hyoqo prefekturasının Tamba şəhərində qeydə alınıb. Belə ki, termometrlərin şkalası 41,2 dərəcə selsini göstərib. Buna qədər ən yüksək temperatur göstəricisi 2018-ci ildə Saitama prefekturasında qeydə alınmışdı (41,1 dərəcə selsi).

Yaponiyada iyulun 21-dən bəri əlverişsiz hava şəraiti ilə bağlı baş verən fəlakətlər, eləcə də, günvurma və halsızlıq və yüksək hərarətlə əlaqəli digər xəstəliklərə görə 10 804 nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti