...

Cənubi Koreya ABŞ-yə 350 milyard dollarlıq sərmayə qoyacaq

Dünya xəbərləri Materials 31 İyul 2025 06:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikası ABŞ iqtisadiyyatına 350 milyard dollar dəyərində sərmayə yatıracaq və Amerika şirkətlərindən ümumi dəyəri 100 milyard dollar olan sıxılmış təbii qaz (LNG) və digər enerji resursları alacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində açıqlama verib.

“ABŞ-nin Koreya Respublikası ilə tam və hərtərəfli ticarət sazişinə razılaşdığını elan etməkdən məmnunam”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, sazişə əsasən Cənubi Koreya tərəfindən ediləcək sərmayələr ABŞ-a məxsus olacaq və amerikalılar tərəfindən nəzarət olunacaq. Bununla yanaşı, Seul investisiya məqsədilə əlavə maliyyə vəsaiti ayırmağı da öhdəsinə götürüb.

Nəhəng investisiya paketinin detalları Cənubi Koreya Prezidenti Li Ce Mönun yaxın iki həftə ərzində Vaşinqtona gözlənilən səfəri zamanı rəsmən açıqlanacaq.

Donald Tramp həmçinin ümidvar olduğunu bildirib ki, saziş çərçivəsində Cənubi Koreya bazarı Amerika avtomobilləri və kənd təsərrüfatı məhsulları üçün tam açıq olacaq. Bununla yanaşı, ABŞ Cənubi Koreyadan idxal olunan məhsullara 15 faiz gömrük rüsumunu saxlayacaq.

Xəbər lenti

Xəbər lenti