...

Almaniya çox milyard dollarlıq hərbi texnika almağa hazırlaşır

Dünya xəbərləri Materials 30 İyul 2025 23:21 (UTC +04:00)
Almaniya çox milyard dollarlıq hərbi texnika almağa hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti bir neçə milyard avro dəyərində hərbi texnika almağı planlaşdırır.

Trend-in “Reuters”ə istinadla verdiyi məlumata görə, plan çərçivəsində 20 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi, 3000 ədəd “Boxer” zirehli maşını və 3500-ə qədər “Patria” piyada döyüş maşını sifariş ediləcək.

Mənbələrin məlumatına görə, yalnız “Eurofighter Typhoon” qırıcılarının dəyəri 4-5 milyard avro təşkil edir. “Boxer” və “Patria” texnikalarının dəyəri isə müvafiq olaraq 10 və 7 milyard avro səviyyəsində qiymətləndirilir. Bütün bu avadanlıqların Almaniyaya təxminən 10 il ərzində çatdırılması planlaşdırılır.

Bundan əlavə, Müdafiə Nazirliyi daha çox IRIS-T hava hücumundan müdafiə sistemi və bir neçə yüz “SkyRanger” pilotsuz uçuş aparatlarına qarşı müdafiə platforması almağı da planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Almaniya Maliyyə Nazirliyi 2026-cı il üçün federal büdcə layihəsini təsdiqləyib. Layihəyə əsasən, ölkənin müdafiə xərclərinin 82,7 milyard avroya qədər artırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti