...

Telegram-da qlobal axtarış funksiyası istifadəyə verildi

Dünya xəbərləri Materials 31 İyul 2025 02:36 (UTC +04:00)
Telegram-da qlobal axtarış funksiyası istifadəyə verildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Telegram messencerinin beta versiyasında yeni qlobal axtarış funksiyası sınaqdan keçirilir.

Trend-in “Durov şifrəsi” portalına istinadla verdiyi məlumata görə, bu yenilik vasitəsilə bütün ictimai kanallarda dərc olunan materiallar üzrə axtarış aparmaq mümkündür.

Funksiya hazırda yalnız Telegram Premium abunəçiləri üçün tam əlçatandır. Pulsuz istifadəçilər isə cəmi iki axtarış sorğusu yerinə yetirə bilərlər. Daha sonra əlavə sorğular üçün istifadəçilərin 10 virtual "ulduz" əldə etməsi tələb olunur. Bununla belə, ödənişdən sonra axtarışın 24 saat ərzində limitsiz olub-olmayacağı hələ tam aydınlaşdırılmayıb.

Qeyd edək ki, Telegram Premium funksiyalarının genişləndirilməsi çərçivəsində daha öncə yükləmə limitlərinin artırılması və eksperimental alətlərə çıxış imkanları da təqdim olunmuşdu.

Xəbər lenti

Xəbər lenti