...

Peru hökuməti sunami təhlükəsi ilə əlaqədar limanları müvəqqəti bağlayıb

Dünya xəbərləri Materials 30 İyul 2025 21:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Peru hökuməti Rusiyanın Kamçatka diyarında baş vermiş güclü zəlzələdən sonra mümkün sunami təhlükəsi səbəbindən ölkədəki bütün limanların müvəqqəti bağlanması barədə qərar verib.

Trend-in məlumatına görə, bu barədə Peru prezidentinin administrasiyası açıqlama yayıb.

“Yerli hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə profilaktik tədbir olaraq limanlar və çimərliklərə giriş bağlanıb. Vətəndaşlardan xahiş edirik ki, öz təhlükəsizlikləri naminə bu tədbirlərə əməl etsinlər və sahilyanı ərazilərdən uzaq dursunlar”, – deyə məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti