...

Litva Belarusa qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir

Dünya xəbərləri Materials 30 İyul 2025 16:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva Belarusa qarşı mövcud sanksiyaları sərtləşdirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Litvanın xarici işlər naziri Kestutis Budris bildirib.

“Sanksiya siyasətinə yenidən baxılması və ya onun yumşaldılması ilə bağlı heç bir proses yoxdur. Əksinə, biz sanksiyaların əhatə dairəsinə baxırıq, onu necə genişləndirə biləcəyimizi və hansı əlavə təsir tədbirlərini tətbiq edə biləcəyimizi nəzərdən keçiririk”, – deyə o qeyd edib.

Nazir bu açıqlamanı Litvanın Belarus gübrələrinin Klaipeda limanı vasitəsilə tranzitinin bərpasına razı ola biləcəyi ilə bağlı mediada yayılan məlumatlara cavab olaraq verib.

Bildirilirdi ki, guya Litva bu razılığa “Belaruskalij” şirkəti Litvaya qarşı 12 milyard avro məbləğində beynəlxalq arbitraj iddiasını geri çağıracağı təqdirdə gələ bilər.

Budrisin sözlərinə görə, bu məsələ ilə bağlı Belarus tərəfi ilə heç bir təmas olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti