Bakı. Trend:
Anqolada hökumətin yanacaq qiymətlərini bahalaşdırması ölkədə qanlı etirazlara səbəb olub.
Trend xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Luanda və digər iri şəhərlərdə insanlar kütləvi şəkildə küçələrə axışaraq, enerji daşıyıcısı qiymətlərinin qaldırılmasına və həyat şəraitinin pisləşməsinə etiraz edib.
Bəzi etiraz aksiyalarında asayiş keşikçiləri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Toqquşmalarda azı 4 nəfərin həlak olduğu, 500-dən çox insanın həbs olunduğu bildirilir.