...

Birinci yarımildə Maliyyə Nazirliyi 162 milyon manat artıq və əsassız ödənişlər aşkar edib

İqtisadiyyat Materials 30 İyul 2025 16:46 (UTC +04:00)
Birinci yarımildə Maliyyə Nazirliyi 162 milyon manat artıq və əsassız ödənişlər aşkar edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.

Trend bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nəticədə ümumilikdə 162 milyon 11 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. İlkin maliyyə nəzarəti çərçivəsində isə 10 milyon 220 min manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.

Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib.

Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76.771,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Baş Prokurorluğuna təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti