...

O, yaşadığı şəhərdə yüksək vəzifədə olan yeganə azərbaycanlı həkimdir

Cəmiyyət Materials 30 İyul 2025 16:18 (UTC +04:00)
O, yaşadığı şəhərdə yüksək vəzifədə olan yeganə azərbaycanlı həkimdir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vüqar Süleymanov 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Səudiyyə Ərəbistanına göndərilən ilk azərbaycanlı həkimlərdəndir. O, hazırda Əl-Cübeyl şəhərindəki xəstəxanaların birində şöbə müdiri kimi çalışır və tibb sahəsindəki yüksək ixtisası, peşəkarlığı ilə seçilir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, elmi fəaliyyətə xüsusi önəm verən həkim Vüqar Süleymanov 2002-ci ildə elmlər namizədi, 2017-ci ildə isə elmlər doktoru elmi dərəcəsi alıb. Soydaşımız Böyük Britaniya, Kanada, Fransa və ABŞ kimi ölkələrdə təhsil alıb, bu ölkələrin cərrahiyyə sahəsindəki təcrübələrinə yiyələnib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səudiyyə Ərəbistanında azərbaycanlı həkim, tibb elmləri doktoru Vüqar Süleymanovla görüşüb, Komitənin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramı üçün müsahibə alıblar.

“Vətən uzaqda deyil” proqramının soydaşımıza həsr olunmuş buraxılışını bu linkə keçid edərək izləmək mümkündür: https://www.youtube.com/watch?v=A8iznvnvSPA&t=843s

Məqalədə:
Xəbər lenti

Xəbər lenti