Bakı. Trend:
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27-ci kilometrində yerləşən dəmir yol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 1 avqust saat 08:00-dan 24 avqust saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
BDYPİ sürücülərdən hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə almalarını, qeyd olunan yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etmələrini və təhlükəsizliyi təmin etmələrini xahiş edib.