...

Azərbaycan və Özbəkistan mərkəzi bankları ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər

İqtisadiyyat Materials 30 İyul 2025 17:10 (UTC +04:00)
Azərbaycan və Özbəkistan mərkəzi bankları ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, eləcə də, digər məsələlər müzakirə edilib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankında olub.

Səfər zamanı keçirilən görüşlərdə tərəflər arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarə olunması mövzuları üzrə interaktiv təqdimatlar ətrafında məlumat mübadiləsi aparılıb.

Görüşlərdə, həmçinin, maliyyə hesabatlılığı üzrə beynəlxalq təcrübələr, çağırışlar və ikitərəfli maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti