...

Uşaqların məktəbə gec göndərilməsi təhsil hüququnun gec həyata keçirilməsinə səbəb olur - Nurlan İsmayılbəyli

Cəmiyyət Materials 30 İyul 2025 15:42 (UTC +04:00)
Uşaqların məktəbə gec göndərilməsi təhsil hüququnun gec həyata keçirilməsinə səbəb olur - Nurlan İsmayılbəyli
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasında ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır.

Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan ismayılbəyli deyib.

Onun sözlərinə görə, uşağın məktəbə gec göndərilməsi təhsil hüququnun gec həyata keçirilməsinə səbəb olur:

"8 yaşı tamam olmuş uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsilə cəlb olunurlar. Bu isə onları birlikdə öyrənmə mühitindən, sosiallaşma imkanlarından və məktəb mühitinin əsas üstünlüklərindən məhrum edə bilər. Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində, müəyyən yaş çərçivəsində təşkil olunur və həftədə 4 gün keçirilir.

Bu formaya əsasən, ibtidai təhsildə fərdi təhsilə 9–15 yaşlı uşaqlar cəlb olunur, ümumi orta təhsil səviyyəsində isə VIII sinfi bitirmiş şagirdlər eksternat qaydasında imtahan verərək attestat ala bilərlər".

"Uşaqların təhsilə vaxtında başlaması onların intellektual, sosial və emosional inkişafı üçün olduqca əhəmiyyətlidir. Erkən başlayan təhsil daha səmərəli nəticələr verir", - N.İsmayılbəyli qeyd edib.

Xəbər lenti

Xəbər lenti