Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş adi ipoteka kreditləri hazırda yalnız Naxçıvan İpoteka Fondu ASC-nin yığımı hesabına maliyyələşdirilir.
Trend bu barədə Hesablama Palatasının "Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətində keçirilmiş auditin nəticələrinə dair məlumata istinadən xəbər verir.
Qeyd edilib ki, bu istiqamət üzrə illik maliyyələşmənin həcmi cəmi orta hesabla 1 000 000 (bir milyon) manat təşkil edir. Bu vəsaitlə orta hesabla 7 vətəndaş ipoteka kreditindən yararlana bilir.
Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni əhatə edir.