Bakı. Trend:
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparacaq bütün komandalar və cütlüklər müəyyənləşib. Bu mərhələdə ümumilikdə 10 oyun keçiriləcək.
Trend-in məlumatına görə, çempionluq yolu üzrə 6 cütdə, liqa yolu üzrə isə 4 cütdə qaliblər müəyyənləşəcək. çempionluq yolunda ölkələrinin çempionları qarşılaşacaq, liqa yolunda isə yüksək yer tutan, lakin çempion olmayan komandalar mübarizə aparacaq.
III təsnifat mərhələsinin cütlükləri
Çempionluq Yolu
"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan)
"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka)
"Kayrat" (Qazaxıstan) – "Slovan" (Sloveniya)
"Lex" (Polşa) – "Srvena Zvezda" (Serbiya)
"Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr)
"Ludoqorets" (Bolqarıstan) – "Ferentsvaroş" (Macarıstan)
Liqa Yolu
"Zaltsburq" (Avstriya) – "Brügge" (Belçika)
"Reyncers" (Şotlandiya) – "Viktoriya Plzen" (Çexiya)
"Nitsa" (Fransa) – "Benfika" (Portuqaliya)
"Feyenord" (Niderland) – "Fənərbaxça" (Türkiyə)
Qeyd edək ki, mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab oyunları isə ayın 12-də keçiriləcək.