...

Gözdən əlilliyi olan şəxslər üçün növbəti peşə kursuna başlanıb

Cəmiyyət Materials 30 İyul 2025 18:28 (UTC +04:00)
Gözdən əlilliyi olan şəxslər üçün növbəti peşə kursuna başlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurs kompüter operatoru peşəsi üzrədir.

Xüsusi proqram əsasında kursa qeyd edilən kateqoriyaya aid 35 nəfər işsiz şəxs cəlb olunub.

Kurs başa çatdıqdan sonra buraxılış imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.

Peşə hazırlığı kursu iki ay davam edəcək və cəlb olunan müdavimlərə aylıq təqaüd də ödəniləcək.

Xəbər lenti

Xəbər lenti