...

Lənkəranda bir neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsiləcək

Cəmiyyət Materials 31 İyul 2025 06:00 (UTC +04:00)
Lənkəranda bir neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsiləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 31-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Xəbər lenti

Xəbər lenti