...

ABŞ Trampın prezidentliyi dövründə astronavtları Aya endirməyi planlaşdırır

Dünya xəbərləri Materials 31 İyul 2025 07:52 (UTC +04:00)
ABŞ Trampın prezidentliyi dövründə astronavtları Aya endirməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti astronavtların yaxın 3,5 il ərzində Aya endirilməsini hədəfləyir.

Trend-in məlumatına görə, bu barədə Nəqliyyat naziri və NASA-nın icraçı direktoru vəzifəsini icra edən Şon Daffi "Fox News" telekanalına açıqlama verib.

Daffi bildirib ki, gələn il NASA-nın Artemis proqramı çərçivəsində astronavtlar Ay ətrafında dövr edəcək, daha sonra isə təxminən bir il ərzində Aya eniş həyata keçiriləcək:
“Bu, Donald Tramp prezident vəzifəsində olarkən baş verəcək. Biz sonra Ayda baza quracaq, orada qalacaq və əldə etdiyimiz biliklərlə Marsa çatmağa çalışacağıq.”

NASA-nın Artemis proqramı üç mərhələdən ibarətdir:

Artemis I (baş tutub) – "Orion" kosmik gəmisinin Ayın ətrafında pilotsuz uçuşu (noyabr-dekabr 2022).

Artemis II – heyətli gəminin Ay ətrafında dövr etməsi.

Artemis III – astronavtların Aya endirilməsi və gələcəkdə Mars missiyası üçün hazırlıq.

İlkin olaraq Artemis II və III 2022 və 2024-cü illərə planlaşdırılsa da, proqram dəfələrlə təxirə salınıb. Hazırda bu mərhələlərin müvafiq olaraq 2026-cı ilin aprelində və 2027-ci ilin ortalarında həyata keçirilməsi planlaşdırılır.

Əgər bu cədvəl dəyişməzsə, ABŞ təxminən 50 ildən sonra ilk dəfə olaraq astronavtları Ay səthinə endirəcək.

Xəbər lenti

Xəbər lenti