...

ABŞ Kamboca və Tailandla ticarət müqavilələri imzalayıb

Dünya xəbərləri Materials 31 İyul 2025 08:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Kamboca və Tailandla yeni ticarət razılaşmaları bağlayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik açıqlama verib.

Nazirin sözlərinə görə, razılaşmalar ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunub:

“Mən bütün şənbə günü Kamboca və Tailand liderləri ilə prezident Trampın telefon danışıqlarını dinlədim. Bazar ertəsi atəşkəs elan etdilər, bu gün isə hər iki ölkə ilə ticarət müqavilələri bağladıq.”

Qeyd edək ki, Kamboca və Tailand bir müddət əvvəl Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən danışıqlarda iştirak edərək, Çinin sərhəd münaqişəsinin siyasi həllinə göstərdiyi yardımı yüksək qiymətləndirdiklərini birgə bəyanatla bildirmişdilər.

Xəbər lenti

Xəbər lenti