Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 144 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 86 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.
Təkcə iyunda isə Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 78,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.