...

“İstisu” mineral su zavodunun ixrac gəlirləri məlum olub

İqtisadiyyat Materials 31 İyul 2025 13:13 (UTC +04:00)
“İstisu” mineral su zavodunun ixrac gəlirləri məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Kəlbəcərdə yerləşən "İstisu" mineral su zavodundan 562,4 min ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilib.

Məlumata əsasən, təkcə cari ilin iyun ayında isə zavod 196,2 min ABŞ dolları dəyərində məhsul ixracı aparıb.

Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb.

26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub.

2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti