...

SOCAR-a məxsus şirkət 6 ayda 2 milyon dollar yaxın ixrac əməliyyatları aparıb

İqtisadiyyat Materials 31 İyul 2025 11:42 (UTC +04:00)
SOCAR-a məxsus şirkət 6 ayda 2 milyon dollar yaxın ixrac əməliyyatları aparıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında “SOCAR-DALĞIC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ixrac gəlirləri 1,9 milyon ABŞ dolları olub.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə sözügedən şirkətin ixracdan əldə etdiyi gəlirləri 0 olaraq göstərilib.

“SOCAR-DALĞIC” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min manat olan MMC-nin qanuni təmsilçisi Rəhmətulin Rüstəm Ramizoviçdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları üzrə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALĞIC" MMC, "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti