...

Nelson Semedo "Fənərbağça"da

İdman Materials 31 İyul 2025 07:21 (UTC +04:00)
Nelson Semedo "Fənərbağça"da
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Vulverhempton" klubunun və Portuqaliya millisinin sağ cinah müdafiəçisi Nelson Semedo karyerasını Türkiyənin "Fənərbağça" klubunda davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, portuqaliyalı futbolçunun olduğu təyyarə artıq İstanbula yola düşüb.

Romano həmçinin qeyd edib ki, transferin reallaşmasında "Fənərbağça"nın idman direktoru Devin Özek mühüm rol oynayıb. O, daha əvvəl PSJ-dən Milan Şkrinyarın transferi prosesində də əsas fiqurlardan biri olmuşdu.

Qeyd edək ki, Nelson Semedo daha əvvəl "Benfika", "Barselona" və "Vulverhempton" kimi klublarda çıxış edib və Portuqaliya millisində də forma geyinib.

Xəbər lenti

Xəbər lenti