Bakı. Trend:
ABŞ-nin beşinci nəsil F-35 hərbi qırıcısı Kaliforniya ştatında qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə ABC News kanalı məlumat yayıb.
İnsident ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Lemur” hava stansiyasının yaxınlığında, ştatın mərkəzi hissəsində baş verib.
Bildirilib ki, təyyarə tarlaya düşüb, pilot isə katapult vasitəsilə sağ-salamat xilas ola bilib və onun həyatına heç bir təhlükə yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.