...

“Mercedes-Benz”in mənfəəti yarıdan çox azalıb

Dünya xəbərləri Materials 31 İyul 2025 04:12 (UTC +04:00)
“Mercedes-Benz”in mənfəəti yarıdan çox azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Mercedes-Benz” şirkəti 2024-cü ilin birinci yarısında ciddi maliyyə itkisi ilə üzləşib.

Trend-in “Bild” qəzetinə istinadla verdiyi məlumata görə, konsernin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 55,8 faiz azalaraq 6,1 milyard avrodan 2,7 milyard avroya enib.

Şirkətin ümumi gəliri də 8,6 faiz azalaraq 72,6 milyard avrodan 66,4 milyard avroya düşüb. “Mercedes-Benz” bu azalmanı gömrük rüsumları, satışların zəifləməsi və daxili səmərəlilik tədbirləri ilə əlaqələndirib.

Qeyd olunur ki, konsern ötən ili də zəif göstəricilərlə başa vurmuşdu:

Xalis mənfəət 28 faiz azalaraq 10,4 milyard avroya,

İllik gəlir isə 4,5 faiz azalaraq 145,6 milyard avroya düşmüşdü.
Bunun əsas səbəbi kimi Çin bazarında satışların zəifləməsi göstərilir.

Şirkət rəhbərliyi vəziyyəti sabitləşdirmək və mənfəəti artırmaq üçün bu ilin fevralında qənaət proqramı təqdim edib. Proqrama əsasən:

2027-ci ilədək istehsal xərcləri 10 faiz,

Material və sabit xərclər isə əlavə 10 faiz azaldılacaq.

“Mercedes-Benz” bu tədbirlərlə yaxın illərdə maliyyə dayanıqlığını bərpa etməyi hədəfləyir.

Xəbər lenti

Xəbər lenti