Bakı. Trend:
Xızıda iki avtomobil toqquşması nəticəsində sərnişin aldığı xəsarətlərdən ölüb.
Trend-in məlumatına görə, hadisə iyulun 29-da Xızı-Giləzi avtomobil yolunun 27-ci kilometrində qeydə alınıb.
Belə ki, Rəfail Bünyatovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Cəbrayıl Heydərovun idarə etdiyi “Changan Qiyuan Q05” markalı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobildə olan sərnişin Zərqələm Əsədova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Xızı RPŞ-nin İQ-da Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtida istintaq aparılır.